Dünyadakı karyera imkanlarına hələ bu qədər yaxın olmamışdın.
İş saytlarında boşa vaxt itirmə. Sənin əvəzinə sənin profilinə uyğun işləri bir-bir axtarır, Azərbaycandan remote işləməyə və ya relocation dəstəyi ilə xaricə köçməyə imkan verən işləri seçib hər həftə sənə göndəririk. Sənə yalnız uyğun vakansiyaya müraciət etmək qalır.
İş axtarmağa
saatlarını sərf etmə.
İş platformaları çoxdur, amma elanların böyük hissəsi konkret ölkədəki namizədlər üçündür. Azərbaycandan müraciət edə biləcəyin fürsəti tapmaq özü ayrıca bir işə çevrilməsin.
Sonsuz axtarış
Gün ərzində onlarla iş saytına baxırsan, adı "remote" gedir amma çox vaxt müraciət edə biləcəyin bir iş belə tapa bilmirsən.
“Remote” yazılıb, amma...
Elanı oxuyanda görürsən ki, yalnız Kanadadan və ya Braziliyadan işləmək olar. Remote hər yerdən işləmək demək deyil.
Axtarış həvəsini azaltmasın
Nəticəsiz axtarış vaxtını və enerjini alır, bir müddət sonra motivasiyanı azaldır. Bu yükü tək daşımağına ehtiyac yoxdur.
Axtarışı biz edirik,
sən isə vaxtını daha səmərəli istifadə edirsən.
Müxtəlif platformaları araşdırır, ölkə məhdudiyyətlərini nəzərdən keçirir və seçdiyin maksimum 2 sahə üzrə uyğun işləri tapırıq. Bütün seçimlərimiz Azərbaycandan remote işləməyə və ya relocation dəstəyi almağa imkan verən vakansiyalardır.
Başlamaq üçün hər zaman 5–10 il təcrübə lazım deyil. Az iş təcrübəsi tələb edən rolları da seçirik; karyeranın əvvəlində olanlar üçün də fürsətlər var.
Öz fürsətlərini kəşf etCəmi 3 addımda başla.
Bir neçə dəqiqə ayır. Karyeranın növbəti addımına yer aç.
Məlumatlarını daxil et
Peşə sahələrini və sənə uyğun iş formatını seç.
Abunəliyini aktivləşdir
Aylıq 20 AZN və ya illik 190 AZN planını seçərək ödə.
Vakansiyaları emailində al
Seçilmiş karyera fürsətləri həftədə bir dəfə gələnlər qutunda.
Hansı sahədə
iş axtarırsan?
İlk addımından növbəti böyük sıçrayışına qədər. Maraqlandığın maksimum 2 sahəni seç, axtarışı bizə həvalə et.
Karyeranın sərhədlərini genişləndir.
Fully Remote
Azərbaycandan işləmək imkanı olan beynəlxalq rolları kəşf et. Yeni komanda, yeni təcrübə.
Relocation
Xaricə köçmək üçün real imkan təqdim edən rollarla tanış ol. Növbəti karyera addımın yeni bir ölkədə ola bilər.
İş icazəsi, ölkə məhdudiyyətləri, viza və köç dəstəyi işəgötürənin şərtlərindən asılıdır. Hər vakansiya sponsorluq təklif etmir.
Niyə Relokato?
Expertlər tərəfindən tək-tək seçilən işlər
Sənin əvəzinə platformaları araşdırır, ölkə məhdudiyyətlərinə görə uyğun gəlməyən elanları ayırırıq. Emailinə yalnız Azərbaycandan remote işləmək və ya relocation dəstəyi almaq imkanı olan işlər gəlir.
Sənə uyğun seçim
Seçdiyin maksimum 2 sahəyə və iş formatına uyğun imkanlar.
Sizinçün həftəlik hazırlanmış işlər
Bütün seçilmiş fürsətlər bir emaildə.
Az təcrübə ilə də başla
Hər iş 5–10 il təcrübə tələb etmir. Junior və az təcrübəli namizədlər üçün rolları da seçirik.
Aydın və sadə
20 AZN/ay və ya 190 AZN/il. Ləğv üçün bizə email yaz.
Böyük imkanlar.
Sadə bir qiymət.
Saatlarla axtarış əvəzinə, ekspertlərin seçdiyi fürsətlər.
İki seçim. Aydın şərtlər.
Karyeranın növbəti addımı üçün.
12 ay boyunca hər həftə vakansiyalar. 240 ₼ əvəzinə birdəfəlik 190 ₼ ödə, 50 ₼ qənaət et.
İllik planı seç- Həftəlik seçilmiş IT vakansiyaları
- Remote və relocation imkanları
- Seçdiyin sahələr üzrə təkliflər
- Ekspertlər tərəfindən araşdırılan işlər
- Birbaşa emailinə göndəriş
- Abunəliyi ləğv etmək imkanı
Aylıq plan Epoint-də göstərilən 12 aylıq müddətdə avtomatik yenilənir. İllik plan birdəfəlikdir və əl ilə yenilənir. Ləğv üçün jobs@relokato.net ünvanına yaz. Ödənilmiş müddətədək giriş qalır. İşə qəbul zəmanəti verilmir.
Öz sahən üzrə mütəxəssissən və iş təklifi almadan xaricə köçmək istəyirsən?
Xaricə köçmək üçün mütləq başqa ölkədən iş təklifi almağa ehtiyac yoxdur. Əgər artıq remote işləyirsənsə və ya remote işin olmasa belə, öz sahəndə kifayət qədər peşəkar təcrübən, nailiyyətlərin və mütəxəssisliyini sübut edən göstəricilərin varsa, sənin üçün alternativ relocation imkanları mövcud ola bilər.
Remote işin yoxdursa belə, öz sahəndə bacarıqlarını sübut etməyə kömək edib UK və ABŞ-a köç imkanlarını qiymətləndirməkdə sənə dəstək ola bilərik.
Bəs bu imkanlardan necə yararlana bilərsən?
Relokato konsultantı ilə 1 saatlıq fərdi görüş keçirərək peşəkar profilini qiymətləndirə, hansı ölkələrə və hansı şərtlərlə köçə biləcəyini, bunun üçün hansı imkanların mövcud olduğunu və hansı addımları atmalı olduğunu öyrənə bilərsən.
Bəlkə də xaricə köçmək üçün lazım olan imkanlara artıq sahibsən, sadəcə bundan xəbərin yoxdur.
Görüşü birbaşa təsisçimiz Tural Süleymani keçirəcək.
Konsultasiyada sənə dəstək olacaq şəxsi daha yaxından tanımaq üçün şəxsi saytına və LinkedIn profilinə baxa bilərsən.
60 dəqiqəlik
fərdi konsultasiya
Bir görüş üçün birdəfəlik ödəniş
- Peşəkar profilinin qiymətləndirilməsi
- Uyğun ölkə və relocation imkanları
- Şərtlər və növbəti addımlar
Məlumatlarını paylaş, ödənişi tamamla. Görüş vaxtı və Google Meet linki üçün email ilə əlaqə saxlayacağıq.
Müraciət edirsən, amma cavab gəlmir?
CV göndərir, vakansiyalara müraciət edir, amma müsahibə dəvəti ala bilmirsən? Təcrübəni, bacarıqlarını və gördüyün işləri necə təqdim etdiyinə birlikdə baxaq.
Google Meet üzərindən fərdi görüşdə CV-ni, LinkedIn və GitHub profilini qiymətləndiririk. Güclü tərəflərini üzə çıxarır, təkmilləşdirilməli məqamları izah edir və profilini gücləndirmək üçün sənə konkret, tətbiq edə biləcəyin məsləhətlər veririk.
İşəgötürənin baxışından profilinə bax.
HR mütəxəssislərinin CV-də nələrə diqqət etdiyini, təcrübə və nailiyyətlərini necə yazmalı olduğunu, LinkedIn profilini necə təqdim etməli və GitHub layihələrini necə önə çıxarmalı olduğunu görüşdə müzakirə edirik.
Nəyi dəyişməli olduğunu bil. Növbəti müraciətinə daha güclü profillə başla.
Görüşü birbaşa təsisçimiz Tural Süleymani keçirəcək.
Konsultasiyada sənə dəstək olacaq şəxsi daha yaxından tanımaq üçün şəxsi saytına və LinkedIn profilinə baxa bilərsən.
Profilinə fərdi baxış.
Növbəti addımın aydın olsun.
Birdəfəlik xidmət · Google Meet üzərindən fərdi görüş
- CV-nin strukturu, məzmunu və nailiyyətlərin təqdimatı
- LinkedIn başlığı, xülasəsi və təcrübə bölməsi
- GitHub profili, README və seçilmiş layihələr
- Profilinə uyğun konkret təkmilləşdirmə məsləhətləri
CV və profil linklərini paylaş, 100 AZN ödənişi tamamla. Görüş vaxtını email və ya telefonla razılaşdırıb Google Meet linkini göndərəcəyik.
Müraciətlərimə cavab almıram. Profilimi qiymətləndirə bilərsiniz?+
Bəli. Birdəfəlik 100 AZN-lik karyera profilinin qiymətləndirilməsi xidmətində Google Meet üzərindən fərdi görüş keçiririk. CV, LinkedIn və GitHub profilinə baxır, HR baxışından təqdimatını müzakirə edir və profilini gücləndirmək üçün konkret məsləhətlər veririk. Bu, 150 AZN-lik relocation konsultasiyasından və vakansiya abunəliyindən ayrıca xidmətdir.
Fərdi relocation konsultasiyası nədir?+
60 dəqiqəlik fərdi görüşdə peşəkar profilini, mümkün ölkə və relocation istiqamətlərini, şərtləri və növbəti addımları konsultantla müzakirə edirsən. Qiymət bir görüş üçün 150 AZN-dir və həftəlik vakansiya abunəliyindən ayrıca xidmətdir. Müraciət formasında emailini, LinkedIn və ya veb saytını və özün haqqında maksimum 1000 simvolluq məlumatı paylaşaraq 150 AZN ödənişə keçirsən. Təsdiqdən sonra görüş vaxtını razılaşdırmaq üçün sənə email yazır və Google Meet linkini göndəririk; emailini və Spam qovluğunu mütəmadi yoxla.
Relokato nədir?+
Relokato Azərbaycanda yaşayan mütəxəssislər üçün beynəlxalq iş imkanlarını tapır və hər həftə sadə, anlaşılan email şəklində göndərir. Paylaşdığımız bütün vakansiyalar ya Azərbaycandan remote işləməyə, ya da relocation dəstəyi ilə xaricə köçməyə imkan verən rollardır. Sənə uyğun işi seçmək və müraciət etmək qalır.
Vakansiyalar necə seçilir?+
Təcrübəli mütəxəssislərimiz müxtəlif iş platformalarını sənin əvəzinə araşdırır. Ölkə məhdudiyyətlərini, Azərbaycandan remote işləmək imkanını və relocation dəstəyini nəzərdən keçirir, seçdiyin maksimum 2 sahəyə və iş formatına uyğun elanları emailində bir araya gətirirlər.
Hər həftə neçə vakansiya göndərilir?+
Say həmin həftə mövcud olan uyğun fürsətlərdən asılıdır. Sabit say vəd etmirik; uyğunluğa üstünlük veririk.
İşlər həqiqətən remote və relocation üçündür?+
Bəli. Paylaşdığımız bütün işlər Azərbaycandan mütəxəssis qəbul edən remote rollar və ya relocation dəstəyi təqdim edən vakansiyalardır. Konkret köç, viza və iş icazəsi şərtləri işəgötürəndən asılıdır; relocation dəstəyi hər halda viza sponsorluğu demək deyil.
Azərbaycandan remote işlərə müraciət edə bilərəm?+
Bəli. Remote seçimlərimizdə Azərbaycandan işləməyə imkan verən rollara yer veririk. Yalnız Kanada və ya Braziliya daxilindən işləməyi tələb edən remote elanları bu seçimə daxil etmirik. İşəgötürən şərtləri sonradan dəyişə bildiyi üçün müraciət zamanı elanın cari tələblərinə də bax.
Adi iş platformaları əvəzinə niyə Relokato?+
İş platformaları çoxdur, amma elanların böyük hissəsi konkret ölkədə yaşayan namizədlər üçündür. Hətta “remote” yazılan iş yalnız Kanada və ya Braziliya üçün açıq ola bilər. Saatlarla axtarıb müraciət ediləcək bir iş belə tapa bilməmək həm vaxt aparır, həm də həvəsi azaldır. Bu axtarışı və uyğunluq seçimini biz edirik, sənə isə sadə emaildən uyğun fürsəti seçib müraciət etmək qalır.
Mütləq 5–10 il iş təcrübəm olmalıdır?+
Xeyr. Yalnız uzun illər təcrübəsi olan mütəxəssislərə fokuslanmırıq. Az təcrübə tələb edən, Junior və karyerasının əvvəlində olan namizədlərə uyğun rolları da seçirik. Konkret təcrübə tələbi hər elanda fərqlidir; uyğun vakansiyaların sayı həftədən həftəyə dəyişir.
Neçə peşə sahəsi seçə bilərəm?+
Hər abunəçi maksimum 2 sahə seçə bilər. Seçimlərini maraqlandığın əsas istiqamətlərə uyğun et ki, göndərilən fürsətlər sənin üçün daha uyğun olsun.
Abunəlik nə qədərdir?+
Aylıq abunəlik 20 AZN, illik abunəlik isə birdəfəlik 190 AZN-dir. İllik plan 12 ay hər həftə seçilmiş iş imkanları verir və aylıq ödənişlə müqayisədə 50 AZN qənaət edir.
Abunəlik avtomatik yenilənirmi?+
Aylıq plan Epoint-in “Abunəliklər” bölməsi vasitəsilə açılır: səhifədə göstərilən 12 aylıq müddət ərzində hər ay 20 AZN avtomatik tutulur. İllik 190 AZN plan birdəfəlik ödənişdir və əl ilə yenilənir. Ləğv üçün jobs@relokato.net ünvanına yaz.
Abunəliyimi necə ləğv edə bilərəm?+
Qeydiyyatdan keçdiyin emaildən jobs@relokato.net ünvanına abunəliyin ləğvi barədə yaz. Komandamız sorğunu yoxlayıb əl ilə icra edəcək və təsdiq emaili göndərəcək. Ödənilmiş müddətin sonuna qədər xidmət aktiv qalır.
LinkedIn profilimi əlavə etmək məcburidirmi?+
Xeyr. Profilini əlavə etsən, təcrübəni daha yaxşı nəzərə ala bilərik. Profilindən avtomatik məlumat toplamırıq.
Relokato iş tapmağa zəmanət verirmi?+
Xeyr. Biz uyğun fürsətləri tapmağa kömək edirik. İşə qəbul, müsahibə, viza və ya iş təklifi zəmanəti vermirik.
Abunəlik forması yüklənir...